İnformasiyanı idarə edən dünyanı idarə edir……
Ayaz Ata
İnanmayın, tənqidi yaşayın, tənqidi mühakimə yürüdün, tənqidi düşünün. Bu günün əsas devizidir. Bu devizdə sıranı daha da artırmaq olar. Kapitalizmdə hər şey kapitalın üzərində qurulur və kapital üçün qurulur elə informasiyada. İnformasiyanı alanlar, informasiyanı satanlar kapitala xidmət edir.
Keçmiş sovet psixologiyasına görə kitabda yazılan, qəzetdə verilən və ya televiziya və radioda deyilən hər bir xəbər düzgün və süzgəcdən keçirilmiş hesab edilirdi. Amma o dövrdəki informasiyalarda təkcə senzuradan keçməsinə baxmayaraq kimlərinsə maraqlarını ifadə edirdi.
Amma indiki zamanda dünyada əsas xəbər satanlar kimlərdir? Sualı olsa bəlkə də birinci növbədə BBC, Əlcəzirə, SNN, Europanews və sairəni qeyd eləmək olar. Bu xəbərlərdə müxtəlif insanlar müxtəlif cür başa düşür. Bizdə əhalinin əksəriyyəti eşidilən informasiyanın 100 faiz düzgünlüyünə əmindir. Çünki köhnə psixologiya öz işini görür radioda, televiziyada deyilən, kitabda, qəzetdə oxunulan hər şey düzdür. Ancaq bu heçdə belə deyil. Kimlərsə bu informasiya vasitələrindən öz maraqlarına görə istifadə edir. Məsələn elə indidə öz ajiotajını saxlayan Donuz qripi xəstəliyinin yayılması. Bu ajiotaj dünyada bu sürətlə yayılmasına kimin marağındadır? Təsəvvür edin Dünyada hər il adi qripdən ölənlərin sayı 600 000-dir, Donuz qripindən isə 7 ayda cəmi 60 000 adam ölüb. Buna qalsa onda adi qripin ajiotajın yaymaq lazımdır.
Yayılan İnformasiyaya görə Ukraynada, Rusiyada donuz qripindən ölənlərin sayı günbəgün artır hamı qoruyucu maskada gəzir. Bu yaxınlarda Moskvaya gedəcəkdim hətta mənə dedilərki qoruyucu maskasız şəhərdə gəzənləri cərimələyirlər. Məndə özümlə 10 dənəsin alıb aparmışdım. Peşman oldum. Gülməlidir inanmayın 4 gün ərzində Moskvada əhalinin qripdən “uşaqlığı son gecəsi” filimində demişkən “yıxılıb öldüyünü” görmədim. Qaldı Ukraynaya orda da eyni abı havadır kimsə beynəlxalq təşkilatlardan qrant almaq istəyir deyə bütün ukraynada donuz qripinin episentrinə çevirib.
Nəisə bu səbəbdən məsləhətdir oxuduğunuz informasiyanı doğruluğuna oxuyan kimi inanmayın yoxlayın hər bir vasitədən.