İnsan Alveri Əleyhinə Şəbəkənin (NAHTAZ) Sumqayıt regional ofisinin açılışı olub

1009

22 avqust 2009-cu ildə Sumqayıt şəhərində Demokratiya və İnsan Hüquqları resurs Mərkəzinin ofisində NAHTAZ-ın Sumqayıt regional nümayəndəliyinin təqdimatı keçirilmişdir.
24 yanvar 2009-cu ildən fəaliyyətə başlayan İnsan Alveri Əleyhinə Şəbəkə (NAHTAZ) insan alveri ilə mübarizə sahəsində öz fəaliyyətini genişləndirməkdə davam edir.
Aparılan tədqiqatlar və DİN-nin İnsan Alverinə Alverinə Qarşı Mübarizə İdarəsinin hesabatlarından ğörünür ki, Azəarbaycanda insan alveri faktlarının daha çox müəyyən edildiyi regionlara Sumqayit şəhəri də daxildir. 26 mart 2009-cu il tarixində Gəncədə regional ofisi, 30 iyul 2009-cu il tarixdə Şirvan şəhərində regional ofis və nəhayyət 22 avqust 2009-cu ildə isə Sumqayıt regional ofisinin acılışı olmuşdur. Regional ofisin yaradılmasında məqsəd Sumqayıt bölgəsində insan alverinə qarşı mübarizəni gücləndirmək, regionda insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları və regional QHT-lərlə Bakı şəhərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığın inkişaf etdirilməsini təmin etmək, insan alveri qurbanlarına yardım göstərmək, QHT-lərlə dövlət orqanları arasında əlaqəni inkişaf etdirmək və insan alverinə qarşı ictimaiyyətin məlumatlanması olmuşdur.
Açılış mərasimində səfirliklərin, beynəlxalq təşkilatların yerli QHT-lərin nümayəndələri, o cümlədən İnsan Alverinə Qarşı Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin təsisçiləri iştirak etmişlər. Şəbəkə üzvlərindən “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyin rəhbəri Əlövsət Əliyev və “Sosial Hüquqi İslahatlar Birliyi” İctimai Birliyinin rəhbəri Lamiyyə Bayramova və yeni Mərkəzin rəhbəri Ruslan Mustafayev Şəbəkənin fəaliyyəti və görüləcək işlər barədə məlumat vermişlər.
Qonaqlar regionlarda insan alverinə qarşı belə tədbirlərin həyata keçirilməsini alqışlamış və İnsan Alveri Əleyhinə Şəbəkəyə gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Layihə Səbərkənin daxili imkanlari hesabina həyata keçiriləcək.

DSC08079-03

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər