“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim kursu təklif olunur!

1189

Müəssisə və təşkilatların HR xidmətlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim kursu təklif olunur!

İnsan resurslarının idarə edilməsi (müvafiq hallarda İRİ) kursuna
aşağıdakı mövzularda 12 təlim daxildir:İnsan resurslarının idarə edilməsinin meydana gəlməsi və anlayışı
– İRİ-nin öyrənilməsi zərurəti və əhəmiyyəti
– İRİ-nin ilk meydana gəlməsi və buna təsir edən amillər
– Qədim dünya tarixində ilk menecment bacarıqlarını nümayiş etdirən məktəblər və
bu proseslərə əsaslı təsir edən tarixi şəxsiyyətlər
– İRİ-nin bütöv bir sistem halında meydana gəlməsi
– İRİ-nin anlayışı və onu xarakterizə edən zəruri cəhətlər və s.

İnsan resurslarının idarə edilməsinin tarixi inkişaf prosesi
– İRİ-nin inkişaf tarixinin xüsusi cəhətləri və tarixi xronologiya baxımından əsas
mərhələləri
– İRİ-nin inkişaf tarixində xidmətləri olan tarixi şəxsiyyətlər
– Fərqli inkişaf templərinə malik ölkələrdə müxtəlif insan qrupları səviyyəsində
cərəyan edən İRİ proseslərinin əhəmiyyəti və qarşılıqlı təsirləri
– İnsan kapitalı və onun necə meydana gəlməsi
– İnsan kapitalı ilə İRİ-nin qarşlıqlı əlaqəli cəhətləri
– İRİ-nin zəruri inkişaf istiqamətləri və s.

İnsan resurslarının idarə edilməsinin strukturu
– İşçi anlayışınının təsnifatı
– Canlı resurslar və onun təsnifatı
– İnsan resursları və onun təsnifatı
– İRİ prosesində idarəetmənin vəzifəsi
– Əmək münasibətləri prosesində insan potensialı ilə qurum qarşısında dayanan
vəzifələr arasında səbəbli əlaqə və s.

İnsan resurslarının idarə edilməsinin prinsipləri
– Prinsiplərin mahiyyəti
– Prinsiplərin idarəetmədə əhəmiyyəti
– Ümumi prinsiplər
– Sahə prinsipləri
– İdarəetmə prinsiplərinin xüsusiyyətləri
– İRİ prinsipləri
– Prinsiplərin uyğunluğu və s.

İnsan resurslarının idarə edilməsinin funksiyaları
– İRİ-nin funksiyalarının anlayışı
– İRİ-nin əsas funksiyaları
– Funksiyaların təyinatı və İRİ-də əhəmiyyəti
– Funksiyalarının tətbiqi xüsusiyyətləri
– Funksiyaların qarşılıqlı təsirləri və əlaqələndirilməsi və s.

İnsan resurslarının idarə edilməsinin sistemləri
– İRİ sistemlərinin anlayışı
– İRİ sistemlərinin formalaşması
– İRİ-nin əsas sistemləri
– İRİ sistemlərinin faktiki münasibətlərə təsirinin nəticələri
– İRİ sistemlərinin müəyyən edən zəruri cəhətlər
– Ölkələrin İRİ tendensiyaları və müvafiq sistemlərə məxsusluğu və s.

İnsan resurslarının idarə edilməsinin konseptual əsasları
– Təşkilatın missiyası
– Təşkilatın və İRİ-nin məqsədləri
– Təşkilatın siyasəti və onun müəyyən olunması
– İRİ sahəsində siyasətin həyata keçirilməsini təmin edən əsas məktəblər
– Təşkilatın hədəflərinin müəyyən olunması
– Təşkilatın və İR departamentinin strategiyalarının formalaşması
– Təşkilatın, struktur bölmənin və hər bir vəzifəli şəxsin vəzifələrinin formalaşması
– İdarəetmə üslubunun mahiyyəti
– İdarəetmənin əsas üslubları və zəruri xüsusiyyətləri və s.

İnsan resurslarının idarə edilməsi departamentinin təşkili (hüquqi və 
təşkilati aspektlər)
– Əmək hüquq münasibətlərinin qanunvericilik tənzimlənməsi
– Əməyin beynəlxalq hüquqi tənzimlənməsinin mahiyyəti və həyata keçirilməsi
– İRİ departamentinin yaradılmasının hüquqi proseduru
– İRİ departamentinin struktur bölmələr üzrə fəaliyyəti
– Əmək müqaviləsinin tərəfləri, müddətləri, bağlanması və s.
– Əmək müqaviləsi ilə işə qəbul haqda əmrin fərqli cəhətləri
– Vəzifədə irəli çəkilmə, başqa işə keçirmə və işəgötürənin təşəbbüsü ilə başqa işə
keçirmənin tənzimlənmə qaydaları
– İşçinin əmək funksiyalarının müəyyən olunması
– Əmək müqaviləsinə xitam verilmənin əsasları və xüsusiyyətləri
– Əmək haqqı
– İşçiyə qarşı tətbiq edilən tənbeh növləri
– Əmək mübahisələri və s.

İşçi heyətin formalaşdırılması
– Vəzifəyə dair tələblərin müəyyən olunması
– Vəzifə təlimatının mahiyyəti
– Vəzifənin tutulmasına dair elanın hazırlanması
– Namizədlərin cəlb edilməsi işinin təşkili
– Müraciət etmiş namizədlərin işə qəbul edilməsi üçün seçim üsulunun müəyyən
edilməsi
– Müsahibənin keçirilməsi üçün hazırlıq işləri
– Müsahibə qrupunun tərkibi və necə formalaşması
– Müsahibə prosesinin ardıcıllığı
– Namizədin vəzifəyə təyin edilməsi
– Namizədin vəzifəyə adaptasiyası və s.

Kadr təminatının yenidən təşkili 
– Təşkilatın fəaliyyətində yenidən təşkilatlanmanın əsas istiqamətləri
– Kadr təminatının yenidən təşkili məqsədləri
– Kadr təminatının yenidən təşkilinin əsas istiqamətləri
– Birbaşa karyera planlaması
– Vertikal karyera planlaması
– Qorizantal karyera planlaması
– Perspektiv karyera planlaması
– Perspektiv karyera planlaşmasının istiqamətləri
– İşəgötürənin təşəbbüsü əsasında “kadrların yerdəyişmələri”
– İşçilərin sayının (və ya ştatların) ixtisar edilməsinin əsas səbəbləri
– İşçilərin (və ya ştatların) müvafiq sayda ixtisar edilməli olan hissəsini müəyyən
etmək üçün heyəti hüquqi və metodoloji cəhətdən necə qruplaşdırmalı və s.

Fəaliyyətin qiymətləndirilməsi
– Fəaliyyətin qiymətləndirilməsinin məqsələri
– Qiymətləndirmənin aparılması ilə bağlı təşkilat rəhbərinin əsas vəzifələri
– Qiymətləndirmə ilə bağlı struktur bölmələrin hədəfləri
– Qiymətləndirmə ilə bağlı birbaşa rəhbərin illik və mərhələli fəaliyyətinin təşkili
– Tapşırıqların verilməsi
– Fəaliyyəti qiymətləndirilmiş işçilərin qruplaşdırılması və onların inkişaf
hədəflərinin müəyyən olunması və s.

Əlavə təhsil və təlim
– Heyətin inkişaf etdirilməsini zəruri edən səbəblər
– Əlavə təhsil və onun əsas növləri
– Təlimin anlayışı və onu əlavə təhsildən fərqləndirən zəruri cəhətlər
– Əlavə təhsil və təlim prosesinin diferensiallığının təmin edilməsi
– İşçinin əlavə təhsil və təlim tələbatının öyrənilməsinin əsas üsulları
– Tələbatın öyrənilməsi prosesinin nəticələrinin tənzimlənməsi
– Tələbatın öyrənilməsi prosesinin nəticələrinin tənzimlənməsinə dair İRİ
menecerinin əsas vəzifələri
– Əlavə təhsil və təlimlərin həyata keçirilməsi və s.

Təlimçi-Rauf Məcidbəyli
rauf.medjidbeyli@mail.ru
rauf_mecidbeyli@yahoo.com
+994502355176

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər