İnstaqram-a yeni funksiyalar gəlir

1762

Mark Zukerberq izləyicilərin saatlarla İnstaqram-da vaxt keçirtməsi üçün çoxsaylı yeni layihələrə imza atacaqlarını deyib.
İnstaqram-da artıq üç yeni funksiya olacaq. Belə ki, ilk yeni funksiya “Story” (hekayə) bölməsinə əlavə edilib. Bunun köməyi ilə paylaşılan bütün “Story”lərin dəqiq tarixçəsini görmək mümkün olacaq.
Digər cəhəti isə ondan ibarətdir ki, artıq “Story”lərə sürətli şəkildə emojilər vasitəsilə reaksiya vermək mümkün olacaq.
İnstaqramda “FaceTime” formatında danışıqların edilməsi üçün daha bir funksiyanın gerçəkləşdirilməsi gözlənilir.

Sınaq üçün bir neçə dəfə “Android” sistemi ilə təchiz edilmiş smartfonlarda yoxlanıldığı bildirilib.
Bundan əlavə artıq “Facebook”dakı dostlarınızı İnstaqramda paylaşımlarınıza işarələyə biləcəksiz. “Tag” etmək funksiyası isə planlaşdırılan son yeniliklərdən biridir. Bu funksiya bir az qeyri-adi görünsə də, hələlik necə inteqrasiya olunacağı barədə məlumat verilməyib. axsam.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər