İnternet tarifləri ən yüksək olan şəhərlər – SİYAHI

1309

“Deutsche Bank” internet tarifləri ən bahalı olan şəhərlərin reytinqini dərc edib. Reytinqin hazırlanması zamanı hər şəhərdə sürəti 8 Mbps olan 1 aylıq internet xərci qiymətləndirilib.

Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya xidmətləri bazarının iki əsas iştirakçısı var. Bazarda bir neçə kiçik operator da mövcuddur, lakin onların iştirakı çox azdır.

Şəhərdə internetin sürətinin aşağı olmasına baxmayaraq, qiymətlər yüksəkdir. İstifadəçi provayderlə ən azı ikiillik müqavilə bağlamalıdır və abunəçi müqaviləni ləğv etmək istəsə, bunun cəriməsini ödəməlidir. Bu şəhərdə internetdən 1 ay istifadə təxminən 82 ABŞ dollarına başa gəlir.
İnterneti baha olan TOP-10 şəhər:

# Şəhər Ölkə 8 Mbps sürətli internetin aylıq qiyməti, ABŞ dolları
1 Dubay BƏƏ 82
2 Dublin İrlandiya 52
3 San-Fransisko ABŞ 52
4 Nyu-York ABŞ 52
5 Boston ABŞ 50
6 Oklend Yeni Zelandiya 50
7 Vellinqton Yeni Zelandiya 46
8 Ər-Riyad Səudiyyə Ərəbistanı 46
9 Yohannesburq CAR 46
10 Keyptaun CAR 43

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər