Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədilə mənzilinin eyvanına çıxması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadın özünü yaşadığı beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilinin eyvanından atmaqla intihar etmək istəyir. Xilasedicilər mənzilə daxil olmuş, gərgin pisxoloji vəziyyətdə olan qadını fikirindən yayındıraraq onunla müvafiq danışıqlar aparmış və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 12:45-də başa çatmışdır;
İntihar etmək istəyən qadın xilas olundu
•
728