İpə-sapa yatmayan fikirlər

1213

*Xalq, vətəndaş üçün ən böyük bədbəxtçiliklərdən biri özü  başqaları tərəfindən idarə olunanın dövlət başında olmasıdır.   *Qanunların dövlət, prezident ya da parlament tərəfindən qəbul edilərək qüvvəyə salınması  hələ o demək deyil ki, hamı,hər çıxarılan qanuna əməl etməlidir.İstər qanuni, istərsə də qeyri-qanuni dövlətin çıxardığı qərar ilk növbədə ədalətli olmalıdır və normal Konstitusiyaya zidd olmamalıdır. Əgər dövlət  qanunu sözsüz-filansız əməl olunmalıdırsa, onda belə çıxır “sabah” qərar çıxarıla  bilər  ki, hər bir vətəndaş başına balqabaq qabığı qoysun  və hamı da qoyacaq. Hakimiyyətin mənbəyi xalq olduğundan ədalətsiz qanunlar çıxaran zülmkar hökuməti xalq istədiyi an dəyişmək hiququna malikdir ki, bu da elə Konstitusiyanın birinci maddəsində öz təsdiqini tapıb.Ədalət pirinsipini isə qanunlar ilə tam  tənzimləmək olmaz. Vətəndaş ədaləti ilk növbədə öz  qəlbi və şüuru ilə hiss edib tənzimləməlidir. Çünki qanunları  tərtib edən də ilk  növbədə insandır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             Konservantsız həqiqətlər silsiləsindən.

“Onda sosiska, i jizn moya spasena” (bir rus multifilimindən)Hansısa bir ölkədə demokratiyanın, iqtisadi inkişafın olub-olmamasını,  insan  hüquqlarının qorunub- qorunmamasını öyrənmək üçün heç də müstəqil araşdırmalar, uzun-uzadı müşahidələr aparmağa ehtiyac yoxdur. Həmin ölkədə orta əmək haqqının, minimum pensiya miqdarının nə qədər olması haqda  hətta rəsmi məlumat belə artıq o ölkənin nə durumda  olmasını qabarıq surətdə göstərir.Məsələn,əgər nəzərə alsaq ki ,bizdə minimum əmək haqqı 85 manat,orta aylıq əmək haqqı isə 250 manatdan bir qədər artıqdır,demək bizdə hansısa inkişafdan danışmaq absurddur və bu  yalandan başqa bir şey deyil. Hətta İqtisadi Tədqiqatlar Mərkəzinin keçən ilin may ayı üçün aparılmış monitorinq nəticəsində aylıq istehlak səbətinin 122 manat təşkil etməsi haqda gəldiyi nəticə belə reallaığı əks etdirmədiyi halda, hökumət yaşayış minimumunu yalan olaraq 87 manat səviyyəsində təsdiqləyib. Ancaq bizdə enerji daşıyıcılarının (işığın,qazın,suyun),ərzaq mallarının,daşınmaz əmlakın və sairənin qiymətlərinin inkişaf etmiş ölkələrdəki qiymətlər ilə bir səviyyədə olması onu deməyə əsas verir ki ,bu minimum ilə insan heç bir halda normal dolana bilməz. Əgər biz dolana “biliriksə”demək bizim üzərimizdə, siçovul üzərində eksperiment aparılan kimi faciə ilə qurtaran ümummilli  təcrübə aparılır.Əgər biz bu qiymətlərlə və mövcud gəlirlə mövcudluğumuzu davam etdirə biliriksə,bunu borc,nisyə ,kredit, ziyan, fırıldaq hesabına edə bilərik. Bu baxımdan ilk baxışdan rifahdan xəbər verən bahalı avtomobillərin, böyük villaların çoxluğu çox aldadıcıdır və nabələd adamda  yanlış təəsürat oyada bilər. Orta azərbaycan ailəsinin demək olar  ki, beş nəfərindən  dördünün “ayağında” bank krediti var. Bu kreditlər əsasən yaşayışı təmin etmək üçün, hansısa əşyanı əldə etmək üçün götürülür.Bizim tipik insan, problemi  normal üsulla həll etmək əvəzinə,ayağını yorğanına görə uzatmaq əvəzinə bankların şirnikləndirici və aldadıcı faizlərinin altına girir. Bu zaman isə xərc borcu üstələdiyindən, cahil insanımız maddi vəziyyətini düzəltmək əvəzinə öz ayağı ilə girdiyi bataqlıqda batmağa başlayır. Mənəvi korluq  o səviyyədədir ki, yalnız bankları dolandıran orta statistik vətəndaşımız hələ bu bataqlığa –bank burulğanına düşmək üçün “qaşınır”, üstəlik buna görə rüşvət–şapka da verir. Günü-gündən bankların əsirinə çevrilən axmaq və bədbəxtlərin sayı artır ki, onların günü, işi-gücü bir bankdan pul götürüb digər bankın kreditini bağlamaqla keçir. Məhz  buna görə də hansı məqsədlə olur-olsun faizə pul almaq, vermək pis və günah sayılır. Hətta bununla maddi xeyir tapsaz belə. Məhz sağlam düşüncəyə, Allaha qulaq asmamağın üzündən hal-hazırda yüz minlərlə ailə borc dənizində üzür və bu ailədaxili  münasibətlərin pozulmasına, qətllərə səbəb olur. Halbuki,insan öz maddi imkanları çərçivəsində “hərəkət”etsə,Allahın köməkliyi ilə vəziyyətdən də çıxar,üstəlik xeyir də qazanar. Ən əsası isə odur ki,insanlar bir-birinin boğazından yox,hökumətin böğazından yapışmalıdır ki,o,bacarıqlı iş adamı,adi vətəndaş üçün normal hüquqi şərait yaratsın. Əsas mövzumuza qayıdaraq düşünmək üçün xatırladım ki, dünyanın ən bahalı şəhərlərindən biri olan Tokioda bananın bir kilosu 1 manat olduğu halda,  Bakıda 3 manatdır. Südün litri  Yaponyada 1. 3 manat olduğu halda, bizdə 2 manata yaxındır, bizdə yumurta (10ədəd) 1.5 manatdırsa ,orada 1.7 manata satılır. Halbuki Yaponiyada  orta əmək haqqı 4 min dollara yaxındır və orada pensiya, güzəştlərlə birlikdə1200 dollara çatır.Yaxın Türkiyədə kartofun kilosu bizdən ucuz 0.70qəpiyə(bizdə 1manata) , yumurta  bizdən ucuz (1 manata ) kərə yağı 5 manata,(bizdə 6-8 manata), toyuq 3 manata(bizdə 4-5 manata), xiyar-pomidor mövsümdə bizdən ikiqat ucuz,ev kirəsi eyni,bəzən isə ucuz,kommunal xidmətləri eyni olduğu halda orada orta əmək haqqı  1700dollardan çoxdur.Üstəlik nəzərə alın ki ,Türkiyədə ,qiymətlərin artmasına əsas səbəbkar olan benzinin qiyməti dünyada ən baha qiymətədir.(1litri 1dollar 96 sentddir)Əhalisinin 50faizinin aylıq gəliri 2500-4000dollar olan,milyarderlərinin sayına görə(403)birinci olan,vətəndaşlarının 25-30faizinin aylıq gəliri isə 8000-20000min dollar olan ABŞ da südün litri 0.70manat,qoyun əti (1kq)4.8,toyuq əti 1.20,mal əti 3.20,balıqın kilosu 3.20,şəkər tozu 0.80 manatdır. Bizdə isə orta aylıq gəlir ABŞ- dakından onlarla dəfə az olduğu halda qiymətlər ya eynidir,ya da çoxdur ki,bu da ilk növbədə Azərbaycanda olan korrupsiyanın,qanunsuzluqların məntiqi nəticəsidir.İndi siz təsəvvür edin,belə qiymətlərlə və mövcud gəlirlərlə insan hüquqalrının qorunulmadığı Azərbaycanda yaşamaq nə qədər çətindir.Yeri gəlmişkən,islam dininə görə dövlətin rəhbəri,İmam Əlinin də hədislərdə qeyd etdiyi kimi ,öz ölkəsinin ən kasıb vətəndaşının yaşayış səviyyəsində yaşamalıdır.Əks hal,dövlətin başında duran adamın özünə opta statistik vətəndaşdan dəfələrlə çox maaş ayırması ədalətsizlik sayılır. Çünki o özü 85 manata dolana bilməzsə,bunu vətəndaşına da rəva görə bilməz və dövlət şəxsi şirkət deyil ki,onun direktorunun öz işçilərindən dəfələrlə çox qazanc götürməsi etiraz döğurmasın,təbii sayılsın.Ölkədə yüksək əmək haqqının həm də həmin ölkədə demokratiyanın,yaxşı maddi rifahın  olmasının,hüquqların qorunmasının göstəricisi  olmasını biz Fransanın,İngiltərənin,İtaliyanın, Norveçin,İsveçin,ABŞ-ın və sairələrin timsalında qabarıq şəkildə görə bilərik.İstisna hal kimi demokratiya olmayan Küveyti,Səudiyyə Ərəbistanını,Katarı,BƏƏ-ni,Bəhreyni misal göstərmək olar ki,bu ölkələrdə əhalinin yaşayış səviyyəsi digər ərəb ölkələrindən yaxşıdır,sosial təminat yüksəkdir. Ancaq bu, sırf neftdən gələn gəlir hesabına baş verir ki ,xöşbəxtlikdən də həmin ölkələrin rəhbərləri o milyardları özlərinə xərcləməklə bərabər o pulların böyük miqdarını  öz vətəndaşlarına da xərcləməyi “unutmurlar”.

R.S.Maraqlıdır ki ,rəsmi hesablamalara görə hər gün Azərbaycandan hər gün 1milyon barrel neft nəql olunduğundan gündə büdcəmizə təkcə neftdən 60 milyon dollar pul gəlsə də xarici banklardan götürülən kreditə görə adam başına düşən borc 450 manata yaxınlaşıb. Başqa sahələrdən də ölkəmizə gələn xeyri nəzərə alsaq,öz pulumuz artıqlaması ilə ola-ola xaricdən borc götürülməsinin məntiqsiz və absurd olması nəticəsinə gəlmək olar.Əlbəttə,bir çox şeylər var ki,onlar inkişaf etmiş ölkələrə baxanda ucuzdur.Ancaq bu amil ümumi mənzərəyə həlledici  təsir etmir.Ən əsası isə bizim xaricə olan borcumuz yox,vətənimizə olan vətəndaş borcumuzun vaxtında qaytarılması və hüquqlarımızın qorunmasıdır.Çünki axırıncı amil olmayandan sonra neftin barreli 100dolları da keçsə güclü iqtisadiyyat  heç zaman ola bilməz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər