İQTİSADÇI DEPUTATLAR TƏKLİFLƏR VERİBLƏR

1150

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatının bu günü və eyni zamanda bundan da çətin günlərə hazırlanmağa hesablanıb. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur. Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlarının olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar qısa zaman ərzində öz nəticəsini verir.
Tahir Mirkişili deyib ki, bu islahatlara dəstək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi öz fəaliyyətini dövlət başçısının parlamentdə çıxışında qeyd etdiyi tezislər əsasında quracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər