İran nə üçün Şimon Peresin Azərbaycan səfərinə etiraz edir

1001

Artıq neçə vaxtdır ki,İran İslam Respublikasınin siyasətçiləri və hərbiçiləri İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz edir. Burada İranın hərəkəti və etirazı cox gülmsəli görsənir. İran burada bir şeyi unudur ki, Azərbaycan müstəqil və milli maraqlarına cavab verən ölkələrlə əlaqələr qura və münasibətlərini genişləndirə bilər.
İranın Azərbaycanın daxili işlərinə qarışması birinci dəfə deyil. Biz bunun bir neçə dəfə şahidi olmuşuq. Ozüdə İran daxili işlərə qarışmaqla bərabər təxribatlarlada məşğul olub. Bir neçə ay bundan öncə SEPAH-ın təsirində olan və onlardan maliyyə yardımı alan “Səid Dəstəsi” deyilən radikal-terrorcu dəstənin ifşa olunması və təkzib olunmaz faktlarla Azərbaycanın buna ciddi etiraz etməsi İranın bir daha mahiyyətini ortaya qoydu. İran əgər Azərbaycana dost və mehriban qonşuluq prinsiplərindən yanaşdığını bildirsədə, amma biz təcrübədə bunun başqa şeylərin şahidi oluruq. İranın müxtəlif informasiya vasitələri və xüsusi ilə “SƏHƏR” kanalı və onun heyyəti Azərbaycanda təxribatı işlərlə məşğuldur. Kanal gecə gündüz antiazərbaycan,antitürkçülük ideologiyasının yayımını həyata keçirir.
İsrail prezidenti Şimon Peresin səfəri ilə bağlı İran ordusunun Silahlı Qüvvələrinin Qərargah Rəisi general Firuzabadinin tələbələr qarşısında çıxış edərək,səfərlə bağlı məsələyə toxunaraq İsrailin məqsədi iki müsəlman ölkəsinin arasını vurmaqdır deyə çıxışını davam etdirən general neçə vaxtdır ki, Azərbaycan rəsmilərindən tutmuş içtimaiyyət nümayəndələrimiz tərəfindən İran siyasətçilərinin nəzərinə ünvanlanan İran nə üçün işğalçı ermənistanla strateji-iqtisadi və hərbi əlaqələrini gücləndirir və İrəvanı hər cür imkanlarla təmin edir. İran buna bir mənalı olaraq cavab vermir. Bundan sonrada verməyəcəkdir.
Amma unutmaq olmaz ki,İsrail Azərbaycanın haqq səsinin beynelxalq məsələlərdən həll olunmasında və bir mənalı olaraq Qarabağ məsələsində Azərbaycanın xeyrinə çalışan dövlətlərdən biridir. Şimon Peresin Azərbaycanda səsləndirdiyi fikirlərdiə bunu sübut etdi.
Qarabağ savaşı başlayanda nə qədər Bakı yəhudiləri bizim tərəfimizdən döyüşürdü və elə təkcə, Azərbaycan Milli Qəhrəmanı,tankcı Alberti misal gətirmək olar. Belə misalların sayı yüzlərlədir.
Cox maraqlıdır bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisiyanın İrana geniş tərkibdə səfər etməsi və 30 yaxın strateji-iqtisadi əhəmiyyətli müqavilənin imzalanması,iki ölkə arasında əlaqələrin inkişafına geniş imkanları açır və artıq İran qazının Ermənistana nəql olunması ilə bağlı 400 mln dollar dəyərində proyektin reallaşması ilə bağlı işlər gedir. İranın Ermənistanı ayaq üstə saxlamaqda məqsədi nə ola bilər və bunun strateji cəhətdən analiz etdikdə ortaya bir cox şeylər çıxır.

– Cənubi Qafqazda balansın Ermənistanın xeyrinə dəyişməsi- Gürcüstan artıq demokartik və NATO ya inteqrasiya xətti tutmuş bir dövlətdir. İranla münasibətlərin qursada,amma onun bir mənalı olaraq amerikaya-avropaya üz tutması,iranın dövlət maraqlarına cavab vermir.- İran Ermənistan vasitəsi ilə bölgədə mövqelərini gücləndirmək istəyir və bölgədə gedən proseslərdə iştirak etmək istəyir.

– İranın daxilində yaşayan 35 milyon cox azərbaycan türklərinin prosesdən kənarlaşdırılması,daxildə milli hərəkatın güclənməsinin qarşısının alınması,iki dövlətin strateji maraqlarını birləşdirir.

– iki dövlətin rəsmi ideologiyasının əsas prioriteti olan Türk millətinə nifrətin patologiyasının ortada olması

– Azərbaycanın güclənməsi və inkişafı iki ölkənin maraqlarının ziddiyyət təşkil etməsi və narahatçılığı

– Amerikanın və Qərbin Azərbaycanın iqtisadi həyatında çəkisinin artması,xarici siyasətinin avroatlantik məkana inteqrasiya etməsi rəsmi Tehranı narahat edir.

– Dağlıq Qarabağ münaqişəsinin işğal altın qalması və ermənistanın xeyrinə həll olunması İranın tam şəkildə maraqları ilə uzlaşır-Azərbaycanın bir neçə yerə parcalanması,iranın siyasətçilərinin arzuladığı tarixi istəkdir. İran bununlada özü üçün təhlükənin aradan götürldüyünü və Güney Azərbaycan məsələnin bir dəfəlik həll olunacağını düşünürlər. Bu gün Güneydə milli hərəkatı təsir edən bir neçə faktor varsa,onlardan ən başlıcası Qüzeydə müstəqil türk dövlətinin mövcudluğudur.

Çünki,İranın Cənubi Qafqazda ən çox cəkindiyi və ehtiyyat etdiyi dövlət Azərbaycandır. İranın ideoloji və siyasi mərkəzləri bütün var güclərini ortaya qoyublar ki, Azərbaycanda radikal dini cərəyan və özünün nəzarəti altında olan təşkilatlara geniş meydanlar açılsın. İran heç vaxt razılaşa bilmir ki,qonşulugunda modern,demokratik və iqtisadi güçə malik dövlət olsun. İran xüsusi ilə təşkilatlar vasitəsi ilə təsir etmək istəyir. İranın Livanda və Fələstində HİZBUllAHI və HƏMASI dəstək verməsinin əsas səbəblərindən biridə öz nüfuzunu bölgədə itirməməsi və proseslərə bir başa təsir etmək istəyir. Amma Azərbaycan reallığı tamam başqadır və İranın belə bir bir imkanlara malik olması qeyri-mümkündür. Onun üçün içtimai-sosial zəmin yoxdur. Azərbaycan cəmiyyətində İrana etirazpsixologiyası və bu dövlətdən uzaq durmaq fikri həmişə yüksək olub. Bundan sonrada olacaqdır. Azərbaycanda dili-qanı bir olan Türkiyə yə sevgi olduğu qədər İrana hec vaxt bu münasibət olmayacaqdır. Çünki,mahiyyəti onsuzda qatımillətçilik və irqçilikdən şirə alan bir dövlətə sevgi ola bilməz.
Hələ Azərbaycan müstəqilliyini yenicə élan etdiyi vaxt,iran öz mövqelərini gücləndirə bilmişdir. Amma Azərbaycan gücləndikcə,öz ordusunu və təhlükəsizlik sistemini qurandan sonra İranın mövqeləri zəifləməyə və rəsmi Bakı ilə hesablaşmağa başladı.
Proseslər elə gətirdi ki,İranında zənn etmədiyi bir dövlət yaranmağa başladı. Bu Azərbaycan Dövlətidir.
P.S Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər