İranın bir neçə vilayətində yüzlərlə insan spirtli içkidən zəhərlənib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə ISNA agentliyi xəbər verib.
Fövqəladə xidmətlərin nümayəndəsinə istinadən yayılan məlumata görə, Şimali Xorasan, Hürmüzqan, Kohqiluyə və digər vilayətlərdə spirtli içkidən 290 nəfər zəhərlənib. Onlardan 24-ü ölüb.
Qeyd edilir ki, ölkədə spirtli içkidən istifadə qanunla qadağan edilib.