İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzində internetim imkanları ilə bağlı tədbir keçirilib

867

İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzinin təşkilatçılığı ilə “İnternetin imkanları” mövzusunda tədbir keçirilib. Ekspert qismində tədbirdə iştirak edən Potensial Sumqayıt Mütəxəssislər Birliyinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi və sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayev internetin imkanları və istifadə qaydaları və internetdə informasiya axtarışının incəlikləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Mərkəzin administtratoru Günel Rəcəbovanın saytımıza verdiyi məlumata görə tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib: ”Bildiyiniz kimi biz bu cür tədbirləri hər həftə təşkil edirik və bu günkü tədbir də keçirdiyimiz tədbirlərin davamıdır. Bu tədbir iştirakçıların marağına səbəb oldu və biz çalışacağıq ki, internetlə bağlı digər məsələləri də müzakirə etmək üçün ən azı həftədə bir dəfə belə tədbirlər keçirək”

Фото001Фото020Фото013

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 30, 2010 - 01:57

    Eyvaz bey ne melumat verdiniz yazardiniz biz de melumatlanardiqda.

  • Orxan Selim
    Yanvar 30, 2010 - 20:02

    men geldim yerini tapa bilmedim tedbirin mekanini…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər