“İşçilərin təması minimuma endirilməlidir” – QƏRARGAH

928

“Fəaliyyətinə icazə verilən idarələrə müraciət edirəm ki, işçilərin təmasını azaltsın”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib: “Son günlər çox qarşılaşırıq ki, bir testi pozitiv adamın təmasda olduğu nə qədər adam olur. Mütləq deyil ki, eyni anda 30-40 adam çalışsın. Bu günlərdə onlayn rejimdə işləmək çox vacibdir və bütün dünya bacardığı qədər onlayn rejimə keçib. İdarə, müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir. Bir idarədə 60 adam olursa, o demək deyil li, hamısı eyni anda təmasda olmalıdır. Virus testi pozitiv bir adamdan 60-70 adama yoluxur. Bütün müəssisələr buna əməl etməlidir. Vətəndaşların təması minimuma endirilməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər