Azərbaycanın işğaldan azad olunan ərazilər ilə digər şəhərlərin əlaqələndirilməsi üçün yeni marşrut xətləri açılacaq.
Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin Bakı şəhəri və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.