İşğaldan azad olunmuş ərazilərdə müasir şəhər və kəndlər qurulacaq

967

Möhtərəm Prezidentimizin yalnız qələbəyə hədəflənən uzaqgörən siyasəti və müzəffər ordumuzun 44 günlük Vətən müharibəsindəki rəşadəti, mübarizliyi nəticəsində Azərbaycanın 30 illik Qarabağ həsrəti sona çatdı və xalqımız öz qələbəsiylə möhtəşəm tarix yazdı.
Məhz Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da Qarabağın bərpası və buraya sakinlərin qayıdışı ilə bağlı məsəslələrə də toxunuldu.
4 saatdan çox davam edən bu mətbuat konfransında Cənab prezidentimiz 35 media qurumunun 50-dək sualını cavablandırıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və müasir səviyyədə yenidən qurulması istiqamətində görüləcək işlərdən bəhs edən sualları cavablandırarkən Prezident İlham Əliyev onu da bildirib ki, İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ şəkildə başlanıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli rayonunda beynəlxalq hava limanının təməli qoyuldu. Beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək hava limanının uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq. Aeroport beynəlxalq hava limanı olacaq, uçuş-enmə zolaqları və naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.. Yaxın 1 il ərzində istifadəyə veriləcək hava limanı bölgəyə səfər edəcək xarici qonaqların və turistlərin fünsukar təbiətə malik Qarabağın gözəlliklərini daha yüksəkdən və geniş əhatədə görmək, lakin eyni zamanda işğaldan azad edilmiş torpaqda erməni vandalizminin izlərinin canlı şahidi olmaq imkanı əldə edəcəklər
Aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birini ölkə prezidenti “Qələbə yolu” adlandırıb. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək qarabağın tacı olan Şuşa şəhərinə daxil olmuş,onu işğaldan azad etmişlər.
Qərb mətbuatının “ikinci Xerosima” adlandırdığı, bərpa olunacaq ərazilərimiz barədə sualları cavablandırarkən Cənab Prezident vurğulamışdır ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. İşğaldan azad olunan torpaqların bərpası prosesinin ən yüksək səviyyədə aparılması məqsədilə bu ərazilərə tez-tez səfər edən ölkə prezidenti Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinin üç kənddə – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində icra ediləcəyini qeyd etmişdir . Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesinə də artıq başlanıb. Qeyd edək ki, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihənin icrasının əsasən 5 komponent -yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə aparılacağı bildirililir.
Prezident İlham Əliyev çıxışlarında azad olunan torpaqların “yaşıl enerji” zonasına çevriləcəyini, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılacağını qeyd etmişdir. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılacaqdır. İşğaldan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olan “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi isə tarixi və əlamətdar hadisədir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Zəngilana səfərləri zamanı bidirmişdir ki. qədim tarixi, mədəni abidələrinın əsaslı təmiri və bərpası işlərinə də artıq start verilişdir.
Azərbaycan prezidentinin jurnalistlərin bütün suallarını təmkinlə, ətraflı və 4 dildə sərbəst fikrini ifadə edərək cavablandırması, müxtəlif ölkələrdən olan mətbuat nümayəndələrinin heyranlıq dolu baxışlarına səbəb olmaya bilməzdi. Öz mənalı, dərin və informativ çıxışları ilə dünya mətbuatının da gündəminə cevrilən Azərbaycanın dövlət başçısı Qarabağın bərpası prosesi ilə bağlı onu da qeyd etmişdir ki, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır.
44 günlük Vətən müharibəsindəki qələbəsi ilə Azərbaycan Respublikası həm də İran İslam Respublikası ilə 132 kilometr uzunluğu olan sərhədini tamamilə bərpa etdi. Bununla da Araz çayı üzərindəki “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının istismarı reallaşaraq, energetika səhəsinə töhvələr verəcək.
Qarabağın həm də çox zəngin turizm potensialı vardır və bu ərazinin doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təbliğ olunması üçün şübhəsiz ki, məqsədyönlü işlər aparılacaqdır.
Indi regionda böyük gücə malik olan Azərbaycan böyük investorlar üçün də maraqlı ölkədir. Müharibənin başa çatmasını nəzərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Çox güclü küləklərin olduğu Kəlbəcər-Laçın zonasında külək stansiyalarının, günəş şüalarının il ərzində miqdarının çox böyük olduğu Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyalarının yaradılması maraqlı və cəlbedici layihələridir.
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirdə qeyd etmişdir ki, bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam.
Uzun illərdən bəri doğma Qarabağımıza qovuşacağımız günü böyük səbrsizliklə gözləyən həmvətənlərimiz əmindirlər ki, acımasız düşmənin viran qoyduğu o gülüstan, Möhtərəm prezidentimizin məqsədyönlü siyasəti və planlı tədbirləri nəticəsində çox yaxın zamanda cənnətə cevriləcək, məhz məşhur mahnının sözlərində olduğu kimi.
Cənnətim Qarabağ,
Zinətim Qarabağ!

Aygün Zülfüqarlı, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər