Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
“Qafqazinfo” bildirir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də “Bakı City Hospital”a aparılmışdı.