İranın qərbində İslam İnqilabının Keşikçilər Korpusunun Quru Qoşunları ilə İŞİD terror qruplaşmasının üzvləri arasında atışma baş verib.
Bu barədə İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidməti məlumat yayıb.
Məlumata görə, İŞİD terror qruplaşmasının 21 üzvü İran sərhəddini keçib. Sepah qoşunları onları izləyib, bu gün səhər terrorçular və SEPAH qoşunları arasında atışma baş verib.
Qeyd olunub ki, əməliyyat İran Milli Təhlükəsizlik Nazirliyinin qüvvələrinin dəstəyi ilə keçirilib. İŞİD qruplaşma üzvlərindən əksəriyyəti yaxalanıb (APA).