İŞİD lideri onunla evlənmək istəməyən qardaşı arvadını İstanbulu partlatmağa göndərdi

2333

Çeçenistan hökumətinin sabiq nazirlərindən olan Asu Dudurkayevanın qızı Seda Dudurkayeva ilə bağlı maraqlı məlumatlar açıqlanıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, İstanbula terror aktı törətmək üçün gələn və yanındakı 5 nəfərlə birlikdə hücrə evində həbs olunan keçmiş nazir qızının Türkiyəyə cəzalandırılmaq üçün göndərildiyi məlum olub.

Seda Dudurkayeva İŞİD-in hərbi qadanının lideri Əbu Ömər Əl Şişani ləqəbli Tarkan Taymurazoviç Batıraşvilinin sağ əli hesab edilən Həmzət kod adlı bir terrorçu ilə 2014-cü ildə tanış olub və Çeçenistandan Suriyaya qaçaraq terror təşkilatının düşərgəsində onunla evlənib. Bu səbəbdən onun atası Asu Dudurkayeva Çeçenistan hökumətindəki vəzifəsindən kənarlaşdırılıb.

Sedanın əri Həmzət bir bombalı hücum zamanı öldürülüb. Bundan sonra o, Çeçenistana – ailəsinin yanına dömək istəyib. Lakin Əbu Ömər Əl Şişani buna icazə verməyib və çeçen qızla evlənib.

2016-cı ildə koalisiya qüvvələri tərəfindən öldürülən Əbu Ömər Əl Şişanidən iki uşağı olan Dudurkayevanın ölən bir terror təşkilatı liderinin arvadı olduğu halda niyə terror aktı törətməyə göndərilməsinin səbəbi bu günlərdə məlum olub. Belə ki, Əbu Ömər Əl Şişani öldürüldükdən sonra onun yerinə böyük qardaşı Əbu Səid Əl Şişani gəlib. O, qardaşının arvadını özü ilə evlənməyə məcbur edib. Amma Seda Dudurkayeva buna etiraz edib. Bu səbəbdən Əbu Səid Əl Şişani onu cəzalandırmaq üçün İstanbula terror aktı törətməyə göndərib. Bundan bir müddət sonra isə Əbu Səid Əl Şişani Deyr-i Zorda öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər