İşlədiyi şirkətdən 450 min manat oğurlayan rəisə hökm oxundu

1455

Sumqayıtda işlədiyi şirkətin 450 min manat pulunu oğurlayan Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Rauf Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt şəhəri ərazisində MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.

Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Qeyd edilən oğurluq hadisəsini Sumqayıt şəhər sakini Rauf Nəbiyevin törətdiyi müəyyən edilib və o, saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib.

Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub.

Rauf Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluğu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq Rauf Nəbiyevin seyfdən oğurladığı pulun böyük bir hissəsi onun yaşadığı evdə aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər