İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
***
Hadisə Lahıc-Dəmirçi yolunun 4-cü kilometrliyində,İsmayıllının Əhən kəndi ərazisində baş verib. İsmayıllıdan Şamaxı İstiqamətində hərəkətdə olan “BMW” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olanlardan 3 nəfər hadisə yerində ölüb. Bir nəfər ağır xəsarətlərlə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada ölənlərin və yaralının adları:
1983-cü il təvvəlüldlü Abşeron rayon Masazır qəsəbəsinin sakini Allahverdiyev Ramin Yaqub oğlu
1986-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev İsa Rövşən oğlu
1979-cu il təvəllüdlü Oğuz rayon Padar kənd sakini Kərimov Kənan Səyyah oğlu
Yaralı: 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Seyfəddinov Təyyar Cilovxan oğlu
Rəşad Türkoğlu