Uzun müddətdir, İsmayıllı rayonunda bir manyak rayon sakinlərini həyəcanda saxlayır.
Oxu.Az-ın rayon sakinlərindən aldığı məlumata görə, artıq bir ildir ki, gecələr onların həyətlərinə kimsə girir.
Həyətlərə girən şəxs paltar ipindən asılan qadın alt paltarlarını oğurlayır.
Sakinlərin bildirib ki, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini iki metrə yaxındır və üzərində kəsici-deşici alət gəzdirir.
Vətəndaşlar bununla bağlı polisə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Oxu.Az-a bildirilib, həmin hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hadisə rayonunun İsmayıllı kəndində baş verib. Məsələ ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisənin necə baş verdiyi aparılan araşdırmanın yekununda bəlli olacaq”.