İsmayıllıda yol qəzası: ölən və yaralananlar var

1349

İsmayıllı rayonunda yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayonunun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi “VAZ-2107” markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış rayon sakini Tahir Ağasadıq oğlu Məmmədova məxsus “QAZ-53” markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb. Qəza nəticəsində minik maşını iki hisəyə bölünüb. İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər – Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır (Report).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər