İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? – AÇIQLAMA

430

Hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilər.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir:

“İcbari Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da xidmətlər zərfidir. Xidmətlər zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

Hazırda İcbari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər