Türkiyənin Silivri şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Zəlzələnin ocağı yerin 7,78 km dərinliyində yerləşib. Dağıntılar və xəsarət alanlar olmayıb.
Qeyd edək ki, son günlər Türkiyədə ard-arda zəlzələlər baş verir.
***
Silivridən sonra İstanbulda saat 14:00-da 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ocağı yerin 12 km dərinliyində yerləşib.
Qorxu keçirən əhali küçələrə axışıb.