Türkiyə Yüksek Seçim Kurulu (yerli Mərkəzi Seçki Komissiyası) bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib.
Türkiyə mətbuatının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib.
Məlumata görə, YSK bu qərarı 7 lehinə, 4 əleyhinə olmaqla qəbul edib.
Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək.