İstanbulu qana bulayan terrorçudan ŞOK ETİRAFLAR

226

Ötən gün Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktının yeni detalları üzə çıxıb.

Modern.azxəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşirin ilkin dindirilməsi zamanı qanlı olayın təfərrüatları məlum olub.

O, polisə ifadəsində PKK və bu terror təşkilatının Suriya qolu olan PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və təxribatlar törətmək üçün Türkiyəyə göndərildiyini bildirib. Şübəli qadın terror təşkilatının Kobanidəki qərargahından İstanbulda terror aktı törətmək barədə təlimat aldığını etiraf edib.

Araşdırma zamanı bəlli olub ki, Əhlam Əlbəşir İstiqlal küçəsinə özü ilə bomba gətirməyib. O, ərazidə olan digər bir şəxsdən partlayıcı maddəni aldığını, təxminən 40 dəqiqə gözləyib və tez-tez kiminləsə telefonla danışıb. Nəhayət, paketi olduğu yerdə qoyaraq, hadisə yerindən uzaqlaşıb.

Əhlam Əlbəşirin təxminən 4 ay əvvəl başqa bir terrorçu ilə birlikdə “ər-arvad” kimi İstanbula gəldiyi müəyyən edilib. Onlar terror hadisəsini törədənə qədər tekstil firmasında çalışıblar.

Plana əsasən, terrorçu qadın hadisədən sonra Türkiyədən Yunanıstana qaçmalı idi. Kəşfiyyat məlumatına əsasən, Əhlam Əlbəşir Yunanıstana keçsəydi, terrorçu qrup üzvləri izi itirmək üçün onu öldürüməyi planlaşdırırmış. Lakin caninin İstanbul hüquq mühafizə orqanları tərəfindən ələ keçirilməsi planı alt-üst edib.

Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.

Türkiyə rəsmiləri İstanbul terrorunun ABŞ-ın sifarişi ilə həyata keçirildiyini bildiriblər. Hazırda bununla bağlı ciddi araşdırmalar davam etdirilir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər