İtaliyada koronavirusdan ölənlərin sayı niyə çoxdur?

287

Koronavirusdan ölüm hallarının çoxluğu İtaliya əhalisinin yaş tərkibində qocaların çox olması ilə birbaşa bağlıdır.

Modern.az xəbər verir ki, bu ehtimalı ölkənin səhiyyə naziri Pyerpaolo Sileri təsdiqləyib.

Xəstəlikdən yenicə sağalan nazir virusun İtaliyadakı 3500 qurbanından 42%-nin 80 və daha yuxarı yaşda sakinlər olduğunu deyib.

“Ölkə sakinlərinin 23%-i 60 yaş, 7%-i isə 80-yaşdan yuxarı sakinlərdir”. Nazir yuxarı yaşlarda immun sisteminin zəiflədiyini və buna görə ölkəsində virus qurbanlarının dünyadakı göstəricilərdən daha yuxarı olduğunu əlavə edib.

Digər bir statistika ondan ibartədir ki, ölkədə koronavirus qurbanlarından yalnız 2-si 40 yaşdan cavan olub. Onlardan 39 yaşlı kişi psixoloji problemlərdən, şəkərli diabetdən və piylənmədən əziyyət çəkib. Digər 39 yaşlı qadın isə koronavirusla paralel, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Ekspertlər Avropanın ən yaşlı əhalisi sayılan italyanlarda ölənlərin 99%-nin vursla yanaşı, başqa xroniki xəstəlikdən də əziyyət çəkdiyini bildirir. Onların fikrincə, effektiv karantin addımları aprel ayında koronavirusun İtaliyada yayılmasının qarşısını ala biləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər