İqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, baş ofisi İtaliyanın Turin şəhərində yerləşən IVECO yük maşınları, avtobus və dizel mühərrikli nəqliyyat vasitələri istehsal edir.