İxtisar edilən “Daş yuxular”ın orijinalında daha dəhşətli təhqirlərin olduğu bildirilir

869

Xalq yazıçısı əsərini Xocalı faciəsinin 20 illiyinə çap etdirmək istəyib

Bir neçə gündür, Azərbaycan mətbuatında yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı müzakirə olunur. ANS PRESS-in Publika.Az-a istinadən verdiyi məlumata görə, Əkrəm Əylisli sözü gedən “Daş yuxular” romanını 2008-ci ildə 50 nüsxə həcmində çap etdirib. Yazıçı bu romanı oxumaq üçün tanıdığı bir neçə adama verib. Buna səbəb kimi romanın kütləvi nəşrindən çəkinməsi göstərilir. O da qeyd olunur ki, burda təkcə ictimai qınaq məsələsi yox, başqa məqsəd də olub.Ə.Əylislinin ən böyük arzusu, 2012-ci ilin fevralında Xocalı faciəsinin 20-ci ildönümündə Rusiyanın “Novaya vremya” jurnalında məlum romanı çap etdirmək olub. Əvvəlcə “Novaya vremya” jurnalı romanın nəşrinə razılıq verib. Lakin məlum olmayan səbəblərdən jurnal romanın nəşrindən imtina edib.

Yazıçı müxtəlif jurnalları gəzərək, bu əsəri çap etdirmək niyyətində olduğunu bildirib. Daha sonra “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Eboniaze ilə danışır və onun ermənilərlə yaxınlığı köməyə gəlir. Lakin baş redaktor nə qədər də ermənipərəst olsa da, əsəri olduğu kimi çap etdirməyib, bəzi yerlərini ixtisar edib. Bizdə olan məlumata görə orijinalda daha dəhşətli təhqirlər var. Yazıçı müsahibələrinin birində bu nəşrdən narazı qaldığını vurğulamaqla bu ixtisarları nəzərdə tuturmuş. Hətta erməni mətbuatının yazdığına görə Azərbaycan yazıçısı bu əsərini Sumqayıt hadisələrinin 25-ci ildönümünə ithaf edib. /anspress.com/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər