İyunda 7 gün ardıcıl iş olmayacaq – Qərar

471

Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.

Müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun – 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər