İZİA-nın Peşə Təhsil Mərkəzində Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb

437

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq Tələbə Gənclər Təşkilatı yaradılıb. Bununla əlaqədar olaraq, fevralın 14-də təşkilat sədrinin, sədr müavinlərinin və katibinin seçilməsi məqsədi ilə seçki keçirilib.

Mərkəzdə “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alan Yusif Şıxəliyev tələbələrin səs çoxluğu ilə təşkilatın sədri seçilib.

Tələbə Gənclər Təşkilatının yaradılmasında məqsəd tələbələrin ictimai aktivliyinin inkişaf etdirilməsi, özlərinin idarəetmə bacarıqlarının formalaşdırılması, onların hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin təhsil müəssisəsində təhsil alan gənclərin Peşə Təhsil Mərkəzinin, eləcə də respublikasının sosial-ictimai həyatında aktiv iştiraklarının təmin edilməsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər