Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan uşaq xilas edilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 yaşlı Ayla adlı uşaq 91 saata yaxın dağıntılar arasında qalıb.
Qeyd edək ki, Ayla onu qurtaran xilasedicilərlə danışıb və adını deyib. 4 yaşlı qızın qabyuyan maşının yanında olması bildirilib.