“Jeep” kanala düşdü, ölən var

1082

Sabirabad rayonunda “Jeep” markalı maşın su kanalına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı FHN yayıb. Xəbərə görə, hadisə rayonun Həşimxanlı kəndində baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Avtomobillə birlikdə kanala düşən sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlu həlak olub. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər