Kadırov Goranboyda tapılmış 104 yaşlı Mədinəyə ev bağışladı – FOTO + VİDEO

1288

Bundan sonra ata-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq.

Oxu.Az “Qroznı-inform” agentliyinə istinadən xəbər verir ki, Ramzan Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışlayıb.

Bu gün respublikanın parlament sədri Məhəmməd Daudov və Çeçenistan müftisi Salah Mejiyev evin açarlarını yeni sahiblərinə təqdim ediblər.

Mənbə bildirir ki, Mədinə Əliyeva İordaniyada doğulub və yaşayıb. Ahıl yaşında vətəni Çeçenistana qayıtmaq fikrinə düşüb, lakin yolda qarət olunub.

Bu qadının başına gələnlər ölkə mətbuatında işıqlandırılıb. Bundan sonra həmin xəbərin əks-sədası Rusiyadan gəlib.

Bu günlərdə Mədinə Əliyeva Bakını tərk edərək, Ramzan Kadırovun təşəbbüsü ilə Çeçenistana yollanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər