Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da saat 11:00-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşların qeydiyyatı FHN-in info@fhn.gov.az elektron poçt ünvanı, (012) 512-01-14 nömrəli telefonlar, həmçinin nazirliyin Sumqayıt Regional Mərkəzinin inzibati binasında (Sumqayıt şəhəri, Sülh küçəsi, 9) həmin gün saat 08:00-dən etibarən aparılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.