Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda itkin düşmüş jurnalist Camal Kaşıkçınındindirildiyi və qətlə yetirildiyi anın səs yazısı onun “Apple” saatının qeydiyyatına düşüb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalist baş konsulluğunun binasına daxil olmazdan əvvəl “iPhone” smartfonunu nişanlısına verib və “Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq “iPhone” smartfonuna ötürülüb. Sonra “Apple iCloud” proqramına yüklənib.
Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri saatı jurnalistin qolunda gördükdən sonra oradakı məlumatları silməyə cəhd edib. Lakin səs yazılarının bəziləri qorunub. Nəticədə qətlin baş verdiyi və cəsədin hissələrə bölündüyü məlum olub.