Keçən il Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 700 milyon ABŞ dollarından çox dəyərində məhsul ixrac ediblər

650

Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü major notda başa vurub: ÜDM 6,8 % artıb, qeyri-neft sektorunda 10,3 %, qeyri-neft sənayesində isə 18,1 %-lik artım qeydə alınıb.

Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib.

Məsələn, ildən-ilə sənaye parklarının iqtisadiyyatdakı rolu artır. Sənaye parklarına investisiyalar artıq qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8 %-nə çatıb. Bütün dövr ərzində onların rezidentləri 6,3 milyard manatlıq məhsul istehsal edib, 2 milyard manatlıq ixracat həyata keçiriblər.

İstehsalın və ixracın artım templəri sürətlə yüksəlir. Ən parlaq nümunələrdən biri Sumqayıt Kimya Sənaye Parkıdır. Keçən il sənaye parkının rezidentləri 700 milyon ABŞ dollarından çox dəyərində məhsul ixrac ediblər – bu, onların son 10 ildəki ixrac göstəricisi ilə eynidir!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər