Keçmiş həyat yoldaşının evini yandırdı

902

Sumqayıt sakini keçmiş həyat yoldaşının evini yandırıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə aprelin 19-dan 20-nə keçən gecə baş verib. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, Rüxsarə Hüseynovaya məxsus fərdi yaşayış evində yanğın baş verib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Araşdırmalar zamanı yanğının ev sahibəsinin keçmiş həyat yoldaşı Arzu Hüseynov tərəfindən törədildiyi məlum olub.

A. Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər