Keçmiş millət vəkilinə AĞIR İTKİ – Oğlu öldü – FOTO

1043

2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.

sumqayitxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, 4 ildir ki, əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A.Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətirilib.

Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən “Mila Displastik sindrom” diaqnozu qoyulub. O, Türkiyənin “Florence Nightinale” xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər