Bu gün Sumqayıt Dövlət Universitetinin tələbəsi bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, gənc qız səhər saatlarında bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.
Araşdırmalar davam etdirilir.