Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində çoxsaylı mağaza oğurluğu hadisələrində şübhəli bilinən 1986-cı il təvəllüdlü Abbasov Ağababa Məzahir oğlu keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində yaxalanıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, A.Abbasov bir neçə il Sumqayıt ŞPİ-də serjant kimi fəaliyyət göstərib. Lakin o sonradan xidmətdən uzaqlaşdırılıb və ümumiyyətlə polis sistemindən çıxarılıb.