Qubada intihar hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 60 yaşlı Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.
Keçmiş vəzifəli şəxs özünü asdı – İcra başçısının müavini işləyib
•
1522