Kəlbəcər sürətlə yenidən qurulur

451

Kəlbəcər rayonunda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri ilə yanaşı 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Tarixin dərinliyindən süzülüb gələn bu  daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə islamın yayıldığı dövrlərdə yaradılıb və günümüzə qədər gəlib çıxıb.

Kəlbəcər eyni zamanda Azərbaycanın ən yüksək dağ rayonu olmaqla bərabər ərazisinin çox hissəsi meşəliklərlə örtülməsi, gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları buranı yaşayış üçün əlverişli etmişdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Qeyd edək ki,1991-ci ildə müstəqillik qazanmış Azərbaycan azadlığının ilk illərində idarəçilikdəki boşluqlar və siyasi səriştəsizlik dövlətçiliyimizi uçurum kənarına salmış,vahid komandanlığın olmaması nəticəsində 1992-ci ildən başlayaraqAzərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu da bu işğaldan kənar keçməyib.Kəlbəcərin işğalı  zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Bu ədalətsiz işğal nəticəsində Kəlbəcərin əhalisi 30 ilə yaxın bir dövrdə respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.Bununla bərabər işğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. xüsusi amansızlıqla talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistantərəfindən mənimsənilmişdir.

Heç bir ədalət prinsipinə sığmayan və “İkili standart” siyasətindən irəli gələn haqsız mövqeyə arxalanan Ermənistan BMT-nin və ATƏT-in prinsiplərini heçə sayaraq BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsindəişğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurduğu halda1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılması siyasətinə start vermişdir.

30 ilə yaxın sürən bu əsarət 2020-ci ilin 8 noyabr tarixində  sona yetdi. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti və Şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu.

Düşmən əsarəti altında qalan, təbii sərvətləri vəhşicəsinə istismar olunan, mədəniyyət abidələri məhv edilən Kəlbəcər İkinci Qarabağ müharibəsinin ilk günlərində əvvəlcə şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilərək nəzarətə götürülür və daha sonra digər mövqeylərinin də ələ keçirilməsinə nail olunur.10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi  elan olunub.

Dünyaya səs salan ll Qarabağ müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. Tərkibinə Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilir.

Vətənin düşmən taptağından azad edilməsində xüsusi rəşadət göstərən oğullarımız üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Tarixi qələbəmizin əbədiləşdirilməsinin bir başqa nümunəsi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi oldu.Bu təşəbbüsdən irəli gələn Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.

Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Kəlbəcərdə də yenidənqurma işləri aparılır. Bu il ilki qeyd olunacaq şəhər günündə yaşayış məntəqəsinin bərpası və yenidən salınması daha sürətli vüsət alıb. Bunun üçün  20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Bu planlamanın ilk mərhələsində kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılıb.

Yenidənqurma işləri təkcə məskunlaşma və şəhərsalma ilə yekunlaşmır. Kəlbəcər rayonunun əlverişli coğrafi mövqeyi, ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyasının tam yenidən qurulması üçün şərait yaradıb. Bunda başqa ərazinin yol infrastrukturu olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bərpa və yenidənqurma işlərini daim nəzarətdə saxlayan dövlət başçısı tez-tez işğaldan azad edilmiş ərazilərdə rəsmi səfərdə olur.Təkcə 2023-cü ildə 5 dəfə Kəlbəcərdə rəsmi səfərdə olan dövlət başçısının bu diqqəti və qayğısı rayonun gələcək işıqlı günlərinin carçısıdır.

 Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər