Kəmaləddin Heydərovun paradda iştirak etməməsinin - SƏBƏBİ AÇIQLANDI

1297

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində problem yaranıb.

FED.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərov yüksək şəkərdən əziyyət çəkir.

Həmçinin nazirin qaraciyərində də ciddi problemlər var. Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə, Kəmaləddin Heydərov Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etməyib.

Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər