1986-ci ildə istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət Sarayında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
sumqayitxeber.com xəbər verir ki, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev “Kimyaçı” Mədəniyyət Sarayında aparılan əsaslı təmir işləri ilə tanış olublar.
Mədəniyyət Mərkəzində teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaqdır. Burada, həmçinin restoran, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir.
Müzakirə qapadılmışdır.