Ötən şənbə günü «Azərikimya»nın müəssisələrində Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş iməcilik keçirilmişdir. İlk yaz iməciliyində Birlik aparatının, Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrinin, “Kimyalayihə” İnstitutu və Anbar təsərrüfatının 500-dən artıq əməkçlsi iştirak etmişdir. Kimya müəssisələrinin və idarələrin daxili ərazilərində, həmçinin sənaye zonasının S.Vurğun küçəsi boyunca 800-ə yaxın müxtəlif növ ting və bəzək ağacları əkilmiş, mövcud yaşıllıq sahələrində minlərlə ağaca aqrotexniki qulluq göstərilmiş, ərazilərdə təmizlik-abadlıq işləri aparılmışdır.
Sumqayıtın ekoloji təmiz şəhərə çevrilməsində fəal iştirak edən kimyaçıların səyi ilə son üç ildə şəhərin sənaye zonasında yaşıllıq sahələri xeyli genişləndirilmiş, 80 mindən artıq ağac əkilmişdir. Kimyaçıların ekoloji missiyası uğurla davam etdirilməkdədir.