Kimyaçıların göz müayinəsindən keçirilməsi davam edir

771

ARDNŞ-ə daxil olan idarə və müəssisə kollektivlərinin sosial məsələləri, sağlamlığının qorunması, əməkçilər üçün normal və təhlükəsiz iş şəraitinin yaradılması daim diqqət məkrəzindədir. Artıq bir ildir ki, neftçilər ailəsinə daxil olmuş “Azərikimya” İsthesalat Birliyində də kimyaçıların sosial qayğılarının həlli baxımından mühüm tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə görülən işlər çərçivəsində Birliyin dəvəti və təşkilatçılığı ilə ötən ilin dekabrından başlayaraq akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası ardıcıl olaraq “Üzvi sintez”, Etilen-poli­etilen, Səthi aktiv maddələr, Mexaniki-təmir zavodları, həmçinin Təmir-tikinti, Nəqliyyat və Xüsusi texnika İdarəsi və s. sahələrdə kimyaçıları müayinədən keçirmişlər. Bir neçə mərhələdə aparılan müayinə-sağlamlıq tədbirləri zamanı müalicə olunmaq üçün müraciət edən kimyaçıların sayı 1100 nəfərdən artıq olmuşdur. Növbəti aksiya “Azərikimya” İstehsalat Birliyinin baş ofisində olmuşdur. Milli Oftalmologiya Mərkəzinin həkim briqadası 100 nəfərə yaxın işçinin göz təzyiqini ölçərək gözdaxili təzyiqin müəyyən edilməsi, gözün ön və arxa hissələrinin müayinədən keçirilməsi və s. kimi diaqnostik əməliyyatları yerinə yetirmiş, müvafiq müalicə təyinatları və göndərişlər yazmışlar. Göz diaqnostikası və ilkin müalicə üçün lazımi tibbi avadanlıqlarla kimyaçıların xidmətində dayanan səyyar həkim briqadası ciddi ehtiyac duyulan bəzi müalicə əməliyyatlarını da uğurla yerinə yetirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər