Kivi meyvəsi C vitamini və tərkibindəki minerallar sayəsində qida dəyərləri ilə zəngindir. C vitamininin mənbəyi olan və qış aylarında yediyimiz kivi ilə 6 kilo arıqlamaq mümkündür. Bu birtərəfli pəhriz olduğundan qısamüddətli və zərərsiz bir üsuldur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, kivi pəhrizini etdikdən sonra ara verməli və iki ay ərzində yenidən başlamamalısınız. Qida və içkiləri kivi pəhrizinin siyahısına uyğun qəbul etməlisiniz.
1 gündə ən çox 10 ədəd kivi yeyin. Daha çox yemək sağlamlığınız üçün zərərli ola bilər.
Kivi pəhrizi yüksək qan təzyiqi olan insanlar üçün zərərli olmasa da, aşağı qan təzyiqi xəstələri üçün tövsiyə edilmir.
Pəhriz edərkən spirtli içkilər, qazlı sular və hazır yeməklərdən kənar durmalısınız.
Kivi pəhrizi belədir:
1-ci gün Səhər: Üç kivi, pendirli çörək, qaynadılmış yumurta, qəhvə və ya şəkərsiz çay
Nahar: 250 qram qaynadılmış toyuq və ya hinduşka əti, tərəvəz salatı, 5 ədəd kivi
Şam yeməyi: 200 qram yağsız pendir, çay və ya meyvə suyu, 3 kivi
Yatma vaxtı: 1 kasa qatıq
2.Gün Səhər: Qayğanaq, bir dilim tam buğda çörəyi və ya çovdar çörəyi,meyvə suyu, yarım kivi
Nahar: 300 qram qızartma balıq, pomidor, tam buğda çörəyi ilə hazırlanmıış çörəkarası, şəkərsiz çay və 5 ədəd kivi
Şam yeməyi: Toyuğun döş əti ( qızardılmış ), kivili meyvə salatı
Yatma vaxtı: 200 qram yağsız pendir və 1 ədəd kivi
Yuxarıdakı nümunəyə bənzər qidalar əlavə edərək iki həftə boyunca bu pəhrizİ tətbiq etsəniz, qısa müddətə çəkinizdən xilas ola bilərsiniz.