Klublarımız hazırlıq prosesini necə keçirdi? – ARAŞDIRMA

948

Uzun müddət qış fasiləsində olan elita təmsilçiləri artıq bir neçə gündür ki, sabah start götürəcək ölkə çempionatının qış fasiləsindən sonrakı dövrü üçün nəzərdə tutulan hazırlıq mərhələsini başa vurub. Məlum olduğu kimi, bu dəfə də klublarımızın əksəriyyəti Türkiyənin Antalya şəhərinə üz tutmuşdu. Komandalarımız hazırlıq çərçivəsində ümumilikdə 41 oyun keçiriblər. AZAL-ın “Eter”lə əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalan matçı nəzərə alınmasa komandalarımız 14 qələbə qazanıb, 14 heç-heçə edib və 13 dəfə məğlub olub. 15 ölkədən olan rəqiblərlə qarşılaşmalarda təmsilçilərimiz 58 qol vurub və 61-ni buraxıb. Məlumat üçün bildirək ki, hazırlıq mərhələsində komandalarımız arasında ən çox oyunu “Qəbələ”,“Neftçi” və “Qarabağ” keçirib. Ümumilikdə 6 oyunda meydana çıxan adıçəkilən komandalar arasında ən yaxşı nəticəyə “Qəbələ” imza atıb. Qardaş ölkədə üç qələbə qazanan və iki bərabərliyə imza atan “qırmızı-qaralar” yalnız bir oyunda məğlub olub. Son çempion “Neftçi”də Qəbələnin eyniadlı komandası kimi Antalyada üç qələbəyə sevinib, amma Ramiz Məmmədovun “drujinası”ndan fərqli olaraq, flaqmanın passivində iki yenilgi var. “Ağ-qaralar” bir qarşılaşmadan isə bərabərliklə ayrılıb. Türkiyədəki hazırlıq dövründə ən çox meydana çıxan digər elita təmsilçisi “Qarabağ”ın isə həm qələbə, həm heç-heçə, həm də məğlubiyyət sayı bərabərdir. Maraqlıdır ki, bu baxımdan bütün göstəriciləri 2-yə bərabər olan  Ağdam təmsilçisinin toplarının nisbətində də bərabərlik var- 8:8.

Hər halda, klublarımızın hazırlıq mərhələsini necə keçirdiyinə ayrı-ayrılıqda  nəzər salmaq maraqlı olar.

 

“Neftçi”

Antalyadakı hazırlıq mərhələsinə yanvarın 10-da start verən flaqman yauxarıda da qeyd etdiyimiz kimi, qardaş ölkədə altı hazırlıq oyunu keçirdi. Rusiyanın “Rotor” (1:0), Qazaxıstanın “Aktobe” (3:2) və Makedoniyanın  “Turnovo” (2:1) komandalarına qalib gələn Böyükağa Hcıyevin komandası Rusiyanın “Amkar” (4:0) və  Ruminiyanın “Timişoara” klublarına (2:1) isə məğlub oldu. Antalyadakı son hazırlıq matçında isə Çinin “Hançjou” klubu ilə qüvvəsini sınayan “xalq komandası” 4:4 hesablı bərabərliyə imza atdı.

“Xəzər-Lənkəran”

Yanvarın 13-dən etibarən Türkiyədə hazırlıq keçən “Xəzər-Lənkəran” fevralın 5-nə kimi davam edən təlim-məşq prosesi zamanı ümumilikdə beş yoldaşlıq oyunu keçirdi. Amma cənub təmsilçisi bu oyunlarda heç də ürəkaçan nəticələrə imza atmadı. Belə ki, cəmi bir qarşılaşmada qələbə qazanan “ağ-yaşıllar”ın Moldova

“Zimbru”su üzərindəki 2:1-lik qələbəsi “ağ-yaşıllar” üçün yeganə sevinc mənbəyi oldu. Digər oyunlara gəlincə, Qazaxıstanın  “Jetısu” və Bolqarıstanın “Eter” klubları ilə 1:1 bərabərə qalan Karles Bakesin yetirmələri qalan iki qarşılaşmada isə məğlub oldu. Ruminiyanın “Timişoara” klubuna 2:0 yenilən “Xəzər-Lənkəran”ın digər oyundakı məğlubiyyəti isə daha acınacaqlı oldu. Belə ki, Ukraynanın “Krivbass” komandası təmsilçimizin qapısından 6 cavabsız top keçirdi.

“İnter”

Türkiyənin Bələk bölgəsindəki hazırlıq keçən “İnter” yanvarın 11-dən fevralın-nə qədər qardaş ölkədə hazırlıq keşdi. Bu müddət ərzində beş yoldaşlıq oyunu keçirən “bankirlər” ilk matçında yanvarın 17-də qarşılaşdığı Almaniyanın “Aalen”lə 1:1 bərabərə qaldı. Bu oyundan altı gün sonra digər Almaniya təmsilçisi “İnqolştadt”la keçirilən qarşılaşma isə bakılıların 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Yanvarın 25-də “Metallurq” (Donetsk) komandası ilə üz-üzə gələn “bankirlər” Antalyada ikinci dəfə  heç-heçə oynadı. Fərq yalnız bunda idi ki, bu dəfə qolsuz bərabərlik qeydə alınmışdı. Kaxaber Tsxadadzenin komandası yalnız Antalyadakı son iki qarşılaşmasında qələbə qazana bildi. İlk öncə yanvar ayının son günündə Qazaxıstanın “Ordabaşı” klubunu üstələyən (2:0) “bank təmsilçisi” fevralın 3-də keçirdiyi son hazırlıq matçında isə Polşanın “Poloniya” komandasına qalib gəldi-3:0.

“Qarabağ” 

Qış fasiləsindəki hazırlıq dönəminə yanvarın 9-da başlayan və  Antalyaya yola düşən Ağdam təmsilçisi fevralın 3-nə qədər  burada qaldı. Bu zaman kəsiyində  6 yoldaşlıq oyunu keçirən Qurban Qurbanovun komandası altı fərqli ölkə təmsilçisi ilə qarşılaşdı. Yanvarın 19-da Rusiyanın “Ural” komandası ilə ilk hazırlıq oyununu keçirən “Qarabağ” matçdan 3:2 hesablı qələbə ilə ayrıldı. Bu qarşılaşmadan 5 gün sonra Ukraynanın “Hoverla” klubu ilə qarşılaşan Qurban Qurbanovun komandası bu dəfə rəqibinə 2:1 hesabı ilə yenildi. Ağdamlılar üçüncü matçdan da mğğlubiyyətlə ayrıldı. Bu dəfə Litva “Ekranas“ı təmsilçimizdən üstün oldu-1:3. Bu, “köhlən atlar”ın Antalyada sonuncu məğlubiyyəti oldu. Belə ki, daha sonra üç oyun keçirən “Qarabağ” Makedoniyanın “Turnovo” və Moldovanın “Tiraspol” klubları ilə heç-heçə oynadığı halda, Gürcüstanın  “Zestafoni” komandasına qalib gəldi. Məlumat üçün bildirək ki, bu oyunlarda müvafiq olaraq 0:0, 1:1 və 2:0 hesabları qeydə alınmışdı.

“Qəbələ” 

Hazırlıqlara ölkə daxilində – Mingəçevrdə başlayan və təlim-məşq prosesinin ilkin mərhələsini burada keçən “Qəbələ” hazırlığın ikinci mərhələsini isə Bələkdə keçirdi. Yanvarın 20-dən fevralın 3-nə qədər  “Gloria Serenity” otelində məskunlaşan “qırmızı-qaralar” Türkiyədə olduğu müddətdə 6 yoldaşlıq oyunu keçirdi. İlk oyunda Almaniyanın “İnqolştadt” komandasına yenilən (3:4) Ramiz Məmmədovun komandasının bu məğlubiyyəti şimal təmsilçisinin Türkiyədəki yeganə yenilgisi oldu. Daha sonra Ukraynanın ard-arda Ukraynanın iki komandası ilə qarşılaşan “Qəbələ” “Volın”a qalib gəldiyi (2:1) halda, “Metallurq” (Zaporojye) ilə heç-heçə (1:1) oynadı. Sonrakı iki rəqib isə Ruminiya təmsilçiləri oldu. Əvvəlcə

“Petrolul”u 2:0 üstələyən “Qəbələ” ardınca isə “Styaua”nı minimal hesabla yendi. Əyalət klubunun Antalyadakı sonuncu rəqibi isə Moldovanın “Milsami” klubu oldu. Qarşılaşmanın nəticəsi isə bərabərlik oldu-2:2.

 “Bakı”

Yanvarın 14-dən etibarən Türkiyədə hazırlıq keçən paytaxt təmsilçisi qardaş ölkədə qaldığı 14 gün ərzində dörd yoldaşlıq oyunu keçirdi. İlk matçda Bolqarıstan “Eter” komandası ilə bərabərə qalan (1:1) “Bakı” ikinci qarşılaşmada Macarıstanın “Uypeşt” klubuna isə 2:0 hesabı ilə yenildi. “Zolaqlılar”ın Antalyadakı ilk qələbəsi isə Almaniyanın Berqiş Qladbax komandası üzərində oldu. Almaniyanın aşağı dəstə təmsilçisini minimal hesabla məğlub edən paytaxtın eyniadlı komandası son matçda isə Xorvatiyanın “Osiyek” klubu ilə qolsuz bərabərliyə imza atdı. Xatırladaq ki, yanvarın 28-dən etibarən paytaxta dönən Bojidar Bandoviçin komandası ölkə daxilində də hazırlıq oyunu keçirib. Belə ki, birinci diivizion komandası “Şahdağ”la qarşılaşan “zolaqlılar” görüşdən 11:0 hesabı ilə qalib ayrılıb.

“Simurq”

 Topaz Premyer-Liqasının iddialı komandalarından olan Zaqatala klubu da qış fasiləsindəki hazırlıq mərhələsini Türkiyədə keçirən komandalarımıızdandır. Yanvarın 10-da Zaqatalada biraraya gələn və bir gün sonra qardaş ölkəyə yola  düşən Georgi Çixradzenin “drujinası” fevralın ikinci gününə kimi Türkiyənin Bələk bölgəsində  təlim-məşq prosesi keçdi. Bu müddət ərzində beş hazırlıq matçına çıxan “sarı-qaralar” heç bir oyunda qələbə qazanmayaraq Türkiyədəki klublarımız arasında ən pis nəticəyə imza atdı. Belə ki, Bolqarıstanın  MOİK  (3:3) və Rusiyanın “Tom” (1:1) klubları ilə barabərə qalan zaqatalalılar digər rəqiblərinə isə məğlub oldu. Məlumat üçün bildirək ki, “Simurq” Qazaxıstanın “Akjayık” komandasına 0:1, Xorvatiyanın “, Slaven” klubuna 0:3, Rumıniyanın “Petrolul” komandasına isə 1:2 hesabı ilə uduzmuşdu.

AZAL

Qış fasiləsindəki hazırlığa yanvarın 7-də ölkə daxilində başlayan və 8 gün sonra Türkiyəyə yola düşən paytaxt klubu fevralın ikinci gününə kimi Antalyada hazırlıq keçdi. “Təyyarəçilər”in Bolqarıstan “Eter”i ilə əlverişsiz hava şəraiti üzündən yarımçıq qalan matçını nəzərə almasaq, ümumilikdə dörd hazırlıq qarşılaşması oynadı. Bu matçların yalnız birində yenilən Vaqif Sadıqovun komandası “Volın”a 1:3 hesablı məğlubiyyətin ardından Çinin “Dalyan” komandası ilə 1:1 bərabərə qaldı. AZAL-ın son iki qarşılaşması isə eyni hesabla başa çatdı. Hər iki oyunda böyükhesablı qələbəyə sevinən “təyyarəçilər” öncə Finlandiyanın TPS, ardınca isə Makedoniyanın “Teteks” klublarına 4:0 hesabı ilə qalib gəldi.

Türkiyədə hazırlıq keçən 8 klubumuzun yoldaşlıq matçlarının ümumi statistik göstəriciləri isə aşağıdakı kimi oldu.

 

Qəbələ

6

3

2

1

11-8

11

61.11%

AZAL

4

2

1

1

10-4

7

58.33%

Neftçi

6

3

1

2

11-13

10

55.56%

İnter

5

2

2

1

7-4

8

53.33%

Qarabağ

6

2

2

2

8-8

8

44.44%

Bakı

4

1

2

1

2-3

5

41.67%

Xəzər Lənkəran

5

1

2

2

4-11

5

33.33%

Simurq

5

0

2

3

5-10

2

13.33%

8 klub

41

14

14

13

58-61

56

45,53%

 

Məlumat üçün bildirək ki, Türkiyədə hazırlıq keçən 8 elita təmsilçisi ümumilikdə 15 ölkə təmsilçisi ilə qarşılaşıb. Komandalarımız daha çox – 6 dəfə ukraynalılarla görüşüb. Klublar arasında isə “Eter” öndədir. Bu komanda 3 klubumuzla üz-üzə gəlib. Lakin bu matçlarda biri başa çatmayıb. Təmsilçilərimizlə 2 dəfə görüşən komandaların sayı isə çoxdur.

 

Polşa

1

1

0

0

3-0

3

100.00%

Finlandiya

1

1

0

0

4-0

3

100.00%

Gürcüstan

1

1

0

0

2-0

3

100.00%

Makedoniya

3

2

1

0

6-1

7

77.78%

Qazaxıstan

4

2

1

1

6-4

7

58.33%

Moldova

3

1

2

0

5-4

5

55.56%

Almaniya

4

1

1

2

6-8

5

41.67%

Rusiya

4

2

1

1

5-7

5

41.67%

Rumıniya

5

2

0

3

5-6

6

40.00%

Bolqarıstan

3

0

3

0

5-5

3

33.33%

Xorvatiya

2

0

1

0

0-3

1

33.33%

Çin

2

0

2

0

5-5

2

33.33%

Ukrayna

6

1

2

3

5-13

5

27.78%

Macarıstan

1

0

0

1

0-2

0

0.00%

Litva

1

0

0

1

1-3

0

0.00%

15 ölkə

41

14

14

13

58-61

56

45,53%

 

Topaz Premyer-Liqasının digər dörd komandası “Turan”, “Sumqayıt”,“Rəvan” və “Kəpəz” isə ölkə daxilində hazırlıq keçməyi lazım bilib. Qeyd edək ki, bu komandalardan “Rəvan”, “Sumqayıt” və “Kəpəz”in ölkə daxilində hazırlıq keçəcəyi əvvəldən bəlli idisə, “Turan”ın Gürcüstanın Batumi şəhərində keçməyi planlaşdırdığı toplanışı son anda təxirə düşmüşdü. Sözügedən komandaların hazırlıq oyunlarına gəlincə, “Turan” “Tərəqqi”ni minimal hesabla yendiyi halda, “İnter”in əvəzedici komandası ilə qolsuz bərabərlik əldə etmişdi. “Sumqayıt” isə əvəzedici komandanı 2:0, “Kəpəz”i 1:0, hesabı ilə yenmiş, “Rəvan”la isə “sülh” bağlamışdı. “Sumqayıt”la heç-heçə oynayan “Rəvan”a digər oyunlarına gəlincə, komandanın əvəzedicilərini 3:0 hesabı ilə üstələyən “uçan aslanlar” digər iki qarşılaşmada isə birinci divizion klubları ilə heç-heçə oynayıb.  “Qaradağ Lökbatan” və “Neftçala” ilə keçirilən qarşılaşmalar 1:1 hesabı ilə yekunlaşıb.

Hazırlığı Bakıda keçirən “Kəpəz”in “Sumqayıt”la matçının nəticəsi haqqında yuxarıda məlumat verdik. Bundan başqa, “İnter”in əvəzediici komandası ilə 2:2 bərabərə qalan qərb təmsilçisi “Qaradağ Lökbatan”a isə 1:3 hesabı ilə usuzmuşdu.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər