Komitə sədri “3+3” iqtisadi əməkdaşlıq ideyasından danışdı

225
Komitə sədri “3+3” iqtisadi əməkdaşlıq ideyasından danışdı

“COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkələrin iqtisadi artımı azaldı. Pandemiyanın nəticələri ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməli, bir-birimizlə əməkdaşlıq etməliyik. Bu səbəbdən Azərbaycan və Türkiyə 3+3 regional əməkdaşlıq formatını təklif edir. Təklif olunan format Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edir. Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi layihələr nəticəsində regionumuz Qərb və Şərqlə əla iqtisadi və nəqliyyat bağlantılarına malikdir. Və biz inanırıq ki, bu əməkdaşlıq formatı bölgə ölkələri arasında etimad mühitini daha möhkəmləndirəcəkdir”.

“Report” xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Sessiya iştirakçılarına Türkiyə üzərindən Cənubi Qafqazı Avropaya bağlayan Azərbaycanla Ermənistan arasındakı avtomobil və dəmir yolu nəqliyyatı 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra bağlanmasını xatırladan deputat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bu kommunikasiya əlaqələrinin kəsildiyini qeyd edib.

“Artıq keçən il işğal faktı aradan qaldırıldı. Azərbaycan öz ərazilərini işğaldan azad edib, Ermənistan qoşunlarını bu bölgədən çıxarıb. Münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi icra edilərək Azərbaycanın ərazi bütövlüyü bərpa olunub”, – deyən Tahir Mirkişili region ölkələrindən olan həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırıb.

O, bu əməkdaşlığın Qafqaz regionunun bütün iştirakçıları böyük uğurlar vəd etdiyini qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər