Azərbaycanda turizm haqqında yeni qanun hazırlanır və Milli Məclisdə bunun üzərində ciddi şəkildə işlər gedir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki,
“Turizm haqqında” yeni qanun layihəsi ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcək: “Pandemiyadan əvvəl turizm sektorunun ÜDM-də payı 2,9% təşkil edirdi. Bu sahədə çalışanların sayı isə 25 min nəfər idi. Sözsüz ki, pandemiya digər sahələrlə yanaşı turizm sektoruna da təsirsiz ötüşmədi. Lakin post pandemiya dövründə, yəni qarşıdakı illərdə bu sahənin yenidən canlanması, daha da inkişaf etməsi gözlənilir. Turizmlə bağlı yeni qanun layihəsinin hazırlanması da məhz bu sahənin inkişafına hesablanıb. 2022-2026-cı illərdə Azərbaycanda turizm sektorunu ildə orta hesabla 32.6% artımla əlavə dəyər yaratması gözlənilir”.